Sursat çatışmazlığı səbəbindən “Vaqner” qüvvələri mayın 10-da Baxmutdan çıxarılacaq.
Teleqraf.com xəbər verir ki, bunu “Vaqner” qrupunun lideri Yevgeni Priqojin (ləqəbi “Putinin aşpazı”) deyib.
Onun sözlərinə görə, Rusiya Müdafiə Nazirliyi bir aydır, muzdlularına lazımi həcmdə sursatın 10 faizdən çoxunu ayırmır:
“Rusiyanın Baş Qərargah rəisinə, müdafiə nazirinə, Rusiyanın Ali Baş Komandanına və Rusiya xalqına rəsmi müraciət edirəm. “Vaqner” adından bildirirəm ki, mayın 10-da biz Baxmut şəhərindəki mövqelərimizi Müdafiə Nazirliyinin bölmələrinə təhvil verməyə məcburuq. “Vaqner”in bölmələrini geri çəkirəm, çünki döyüş sursatı olmayanda onlar mənasız ölümə məhkumdurlar”.