5 May 2023 15:35
1 692
12 Punto 14 Punto 16 Punto 18 Punto

“Ukrayna ordusu mayın 9-da (Rusiyada Qələbə Günü) heç bir mülki hədəfi vurmayacaq”.

Teleqraf.com xəbər verir ki, bunu ukraynakı hərbi ekspert, ehtiyatda olan polkovnik Oleq Jdanov deyib.

“Bunlar bizim dronlarımız (Kremlə atılan) deyil və biz heç nəyi təkrar etməyəcəyik. Çünki mayın 9-da böyük ictimai tədbirlər nəzərdə tutulub və biz mülki əhali ilə müharibə aparmırıq, Rusiya Federasiyasının Silahlı Qüvvələri ilə müharibə edirik. Ona görə də biz hücuma gedəcəyiksə, o zaman yalnız hərbi obyektləri hədəfə alacağıq, dinc əhaliyə hücum etməyəcəyik, biz faşist ruslar deyilik. Ona görə onların ideologiyasını faşist, irqçi kimi tanıyırıq”, - ekspert bildirib.

Jdanov qeyd edib ki, Moskvanın hər yerində müasir S-400 kompleksləri yerləşdirilib:

“Bütün hava hücumundan müdafiə vasitələrini dronlarla görmək mümkündür, qısamənzilli hava hücumundan müdafiə sistemləri – “Buk-M” və “Pantsir-S” onlarla mükəmməl mübarizə apara bilər. Xüsusilə “Pantsir-S1” 5 kilometrə dronları hədəfə ala bilir. Xatırladım ki, Moskva ətrafında “Buk” və “Tor” sistemləri də yerləşdirilib. Moskvanın özündə hər yerdə S-400 super müasir rus kompleksləri var. İnzibati binaların damlarında “Pantsir-S1”-lər yerləşdirilib”.

Buna görə də ekspert Ukrayna pilotsuz təyyarələrinin Kremlə hücum etməsi ilə bağlı iddiaları yalan hesab edir. Jdanovun fikrincə, bu, Rusiya təhlükəsizlik orqanlarının (FSB) keçirdikləri uğurlu xüsusi əməliyyatıdır.

“Guya Ukraynadan Kremlə iki pilotsuz təyyarə uçub. Bu, uşaq aldatmaqdır. Əlbəttə, bunlar bizim dronlarımız deyil. Çox güman ki, bu, FSB-nin psixoloji, qurbansız, zərərsiz xüsusi əməliyyatıdır”.


Müəllif: Mənsur Rəğbətoğlu

Oxşar xəbərlər