5 May 2023 17:58
2 343
12 Punto 14 Punto 16 Punto 18 Punto

Kremlin sözçüsü Dmitri Peskov Rusiya Prezidenti Vladimir Putinlə Ermənistan Baş naziri Nikol Paşinyan arasında mümkün görüşü nə təkzib, nə də təsdiq edib.

Teleqraf.com xəbər verir ki, Rusiya rəsmisi müəyyən planların olduğunu da deyib.

“Hələ tələsməyək, müəyyən proqramlar müzakirə olunur. Müzakirələr bitdikdən sonra müvafiq açıqlama verəcəyik. Hələlik bu barədə danışmağı tez hesab edirik”, - Kremlin sözçüsü bildirib.

Bundan əvvəl Praqada Transatlantik Əlaqələr Mərkəzində çıxış edən Paşinyan yaxın vaxtlarda Rusiyaya səfər edəcəyini bildirmişdi:

“Gələn həftə Moskvaya gedəcəm”.


Müəllif: Mənsur Rəğbətoğlu

Oxşar xəbərlər