5 May 2023 22:47
2 282
12 Punto 14 Punto 16 Punto 18 Punto

Əhməd Davudoğlunun rəhbər olduğu Gələcək Partiyasından 300 nəfər istefa verərək, Türkiyənin hakim Ədalət və İnkişaf Partiyasına (AKP) keçib.

Teleqraf.com xəbər verir ki, istefa verənlər arasında partiyanın gənclər təşkilatının sədri Muhammet Fırat Kırbaç da var.

AKP-nin yeni üzvlərinə döş nişanları təqdim edilib.

Kırbaç Prezident Rəcəb Tayyib Ərdoğanı dəstəkləmək istədiklərini bildirib:

“Gücünü HDP-dən, PKK-dan, dağlardan deyil, millətindən, xalqından alan Rəcəb Tayyib Ərdoğanın yolu ilə gedirik. Rəcəb Tayyib Ərdoğan qədər milliyik. Onun yolunda səsimizi, canımızı, ürəyimizi verməyə sona qədər and içirik”.


Müəllif: Mənsur Rəğbətoğlu

Oxşar xəbərlər