III Çarlz rəsmən Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığının kralı olub.
Teleqraf.com xəbər verir ki, Böyük Britaniyanın paytaxtı Londondakı Vestminster abbatlığında III Çarlzın tacqoyma mərasimi başa çatıb.
Qeyd edək ki, Azərbaycanı mərasimdə Milli Məclisin sədri Sahibə Qafarova təmsil edir.
Xatırladaq ki, III Çarlz Vestminster abbatlığında tacqoyma mərasimi keçirilən 40-cı monarx olacaq. İlk tacqoyma mərasimi 1066-cı ildə baş tutub.
***
Böyük Britaniyanın paytaxtı Londondakı Vestminster abbatlığında III Çarlzın tacqoyma mərasimi başlayıb.
Bukingem sarayından Vestminster abbatlığına gedən marşrutu boyunca müşahidə platformaları açılıb. Onun uzunluğu 2,29 kilometrdir.
Qeyd edək ki, Azərbaycanı mərasimdə Milli Məclisin sədri Sahibə Qafarova təmsil edir.
Xatırladaq ki, III Çarlz Vestminster abbatlığında tacqoyma mərasimi keçirilən 40-cı monarx olacaq. İlk tacqoyma mərasimi 1066-cı ildə baş tutub.
***
Bu gün Londonun Vestminster Abbatlığında III Çarlz və konsort-kraliça Kamillanın tacqoyma mərasimi keçiriləcək.
Teleqraf.com xəbər verir ki, formal olaraq III Çarlz 8 sentyabr 2022-ci ildə anası Kraliça II Elizabetin ölümündən bir gün sonra kral oldu. Tacqoyma mərasimi isə, Avropa mediasının qeyd etdiyi kimi, yeni monarxın statusunu yüksəltməyə imkan verən simvolik mərasim hesab olunur.
Yerli vaxtla saat 06:00-dan (Bakı vaxtı ilə 09:00) başlayaraq, Bukingem Sarayından Vestminster Abbatlığına qədər kral kortejinin marşrutu boyunca müşahidə yerləri açılacaq. Yolun uzunluğu 2,29 km olacaq. Abbatlığa gedən korteji 200 hərbçi müşayiət edəcək. Ümumilikdə tacqoyma mərasimi günü təhlükəsizliyin təmin edilməsinə 4 minə yaxın hərbçi cəlb olunacaq.
Saat 10:20-də (13:20) kral korteji Bukingem sarayından yola düşəcək.
Kortej saat 11:00-da (14:00) Vestminster Abbatlığına çatacaq, bundan sonra bir neçə mərhələdən ibarət olacaq iki saatlıq tacqoyma mərasimi başlayacaq.