Əhvazın Azadlığı Uğrunda Ərəb Mübarizə Hərəkatının keçmiş lideri, siyasi məhbus Həbib Əsyudun (Fərəcullah Çəəb) edam olunub.
Teleqraf.com xəbər verir ki, bu barədə “Tasnim” məlumat yayıb.
İranla yanaşı İsveç vətəndaşlığı da olan H. Əsyudun “separatçı qruplaşmaya rəhbərlik etməkdə”, həmçinin Xuzistan əyalətində “çoxsaylı terror əməliyyatları” təşkil etməkdə ittiham olunurdu.
Qeyd edək ki, 1999-cu ildə İranın ərəblərin kompakt yaşadığı Xuzistan əyalətinə muxtariyyət tələbi ilə qurulan Əhvazın Azadlığı Uğrunda Ərəb Mübarizə Hərəkatı 2005-ci ildə Əhvaz hadisələrində məşhurlaşıb..
“Nidal” kimi tanınan bu təşkilat ərəbdilli “Ahvazuna” telekanalının sahibidir.
“Nidal” hərəkatının 2018-ci il sentyabrın 22-də Əhvaz şəhərində İran-İraq müharibəsini qeyd edən hərbi parada hücum edən təşkilat olduğu iddia edilib. Hücum nəticəsində 25 nəfər ölüb, 60 nəfər yaralanıb.
Təşkilatın lideri Həbib Əsyudun 2020-ci ildə bir qrup casus tərəfindən Türkiyədən qaçırılaraq İrana aparılıb və ona qarşı açılan məhkəmədə edam cəzasına məhkum edilib. Hadisə ilə əlaqədar İstanbul Şəhər Prokurorluğu 12 nəfərə qarşı cinayət işi açıb.