6 May 2023 18:14
1 844
12 Punto 14 Punto 16 Punto 18 Punto

İranda din xadimləri ilə rejim arasında çatlar yaranır.

Teleqraf.com xəbər verir ki, bu barədə ABŞ-ın Müharibə Araşdırmaları İnstitutu yazıb.

Bildirilib ki, son bir ay ərzində İranda din xadimlərinə qarşı hücumlar artıb: “Aprel ayında din xadimlərinə qarşı 4 hücum olub. Belə insidentlər əvvəlki aylara nisbətən bir neçə dəfə artıb”.

Həmçinin qeyd olunub ki, İranda edamların da sayı artıb: “İran hakimiyyəti son bir həftə ərzində ən azı 42 vətəndaşı edam edib. Bununla bağlı olaraq xüsusilə Sistan və Bəlucistan əyalətlərində rejim əleyhinə əhvali-ruhiyyə yenidən güclənə bilər".


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər