İngiltərənin cənubunda yüngülmotorlu təyyarə qəzaya uğrayıb.
APA-nın RİA Novosti agentliyinə istinadən verdiyi xəbərə görə, nəticədə 2 nəfər ölüb, daha 1 nəfər ağır vəziyyətdə xəstəxanaya yerləşdirilib.
İnsident Pofem şəhəri aerodromu yaxınlığında, meşəlik ərazidə baş verib. Hazırda hadisənin təfərrüatları müəyyənləşdirilir.