Yaponiyanın Hokkaydo prefekturasında 5,9 bal gücündə zəlzələ olub.
Teleqraf.com xəbər verir ki, yeraltı təkanlar Hakodate şəhərindən 115 kilometr şərqdə qeydə alınıb.
Zəlzələ yerin 60 kilometr dərinliyində baş verib. Tələfat və dağıntılar barədə hələlik məlumat verilməyib.