ABŞ-ın Allena şəhərində (Texas ştatı) yerləşən ticarət mərkəzində baş verən atışma nəticəsində ölənlərin sayı 9 nəfərə çatıb.
Teleqraf.com xəbər verir ki, bu barədə "CNN" telekanalı məlumat yayıb.
Şəhərin yanğınsöndürmə xidmətinin rəisi Conatan Boyd jurnalistlərə bildirib ki, hadisə yerində 7 nəfərin ölümü qeydə alınıb, 2 nəfər isə xəstəxanaya aparılarkən yolda ölüb.
Məlumata əsasən, daha 7 nəfər yaralanıb, onlardan 3-nün vəziyyəti ağır, 4-nün vəziyyəti isə stabildir.
Hadisə şahidlərinə istinadən yerli KİV-lər bilririr ki, sliahlı şəxs yolun kənarı ilə getdiyi zaman ticarət mərkəzinə tapançadan atəş açıb.
Allen şəhərinin polis rəisi Brayan Xarvi daha əvvəl jurnalistlərə bildirib ki, atəş açan şəxs hadisə yerində olan polis əməkdaşları tərəfindən zərərsizləşdirilib.