4 Yanvar 2015 03:59
753
12 Punto 14 Punto 16 Punto 18 Punto

Yanvarın 3-də Tatarıstanda avtobus su ilə dolu xəndəyə düşüb. Hadisə zamanı 5 nəfər, o cümlədən 2 uşaq xəsarət alıb.

Teleqraf.com-un "RİA Novosti"yə istinadən xəbərinə görə, avtobusda sürüc ilə birlikdə 7 sərnişin olub.

Hadisə Leninoqorsk rayonunda, Novoe Serejkino əsəbəsində baş verib.

"Dörd yaralı, o cümlədən 1 uşağın vəziyyəti orta-ağırdır, digər uşağın səhhəti isə qənaətbəxşdir", - səhiyyə idarəsindən bildiriblər.

Nihad


Müəllif: