Slovakiyanın baş naziri Eduard Heqer bazar günü bildirib ki, o, prezident Zuzana Çaputovadan onu hökumət başçısı vəzifəsindən azad etməyi xahiş edib.
Teleqraf.com xəbər verir ki, Slovakiyanın müvəqqəti hökumətinə rəhbərlik edən E.Heqer nazirlərin istefası ilə bağlı belə bir qərar qəbul edib.
Bundan əvvəl onun kabinetinin bir neçə naziri, o cümlədən Xarici İşlər Nazirliyinin rəhbəri müvafiq ərizə göndərib.