8 May 2023 08:18
399
12 Punto 14 Punto 16 Punto 18 Punto

İran hakimiyyəti zəlzələdən sonra Amerika hərbçilərinə qarşı hücumlar həyata keçirmək üçün humanitar yardım çərçivəsində Suriyaya silah göndərib.

Teleqraf.com xəbər verir ki, bu “The Washington Post“ məlumat yayıb.

Qeyd edilib ki, Tehran Suriyaya kiçik silahlar, döyüş sursatları və pilotsuz uçuş aparatları göndərib. Sənəddə deyilir ki, bu tədarüklər İraqı tərk edən konvoylar tərəfindən həyata keçirilib.

Nəşrin məlumatına görə, silahların tədarükü zəlzələdən bir gün sonra başlayıb. İraq tərəfi “The Washington Post“ qəzetinə bu məlumatları təkzib edib.

Pentaqondakı mənbə sənədlərin həqiqiliyini təsdiqləməkdən imtina edib, lakin onlarda təsvir edilən fəaliyyətlərin İslam İnqilabı Keşikçiləri Korpusunun keçmişdə etdiklərinə uyğun olduğunu iddia edib


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər