8 May 2023 11:50
1 856
12 Punto 14 Punto 16 Punto 18 Punto

Qətər Suriyanın (Bəşər Əsəd rejiminin) Ərəb Liqasına qaytarılması qərarından sonra Dəməşqə qarşı mövqeyinin dəyişmədiyini açıqlayıb.

Teleqraf.com xəbər verir ki, bu barədə Qətər Xarici İşlər Nazirliyinin sözçüsü Məcid bin Məhəmməd əl-Ənsari danışıb.

Ənsari ölkəsinin Suriya rejiminin Ərəb Liqasına qaytarılması ilə bağlı mövqeyinə toxunmadan deyib:

“Qətər həmişə ərəb birliyini təşviq etməyə çalışıb və bu konsensusa mane olmayacaq.

Qətər dövlətinin Suriya rejimi ilə normallaşma ilə bağlı rəsmi mövqeyi, ilk növbədə, qardaş Suriya xalqının gözləntilərini yerinə yetirən siyasi həll yolunda irəliləyişlərə əsaslanan qərardır. Qətər dövlətinin Suriya rejimi ilə münasibətlərin normallaşma ilə əlaqəli mövqeyi dəyişməyib. Qətər qardaş Suriya xalqının ləyaqət, sülh, inkişaf və rifah kimi gözləntilərini reallaşdırmaq üçün ərəb qardaşları ilə işləmək istəyir”.

Beləliklə, Qətər Suriyanın Ərəb Liqasına qaytarılması qərarına baxmayaraq, Əsəd rejimi ilə əlaqələrini normallaşmaqdan imtina edib.

Ərəb Liqasına üzv ölkələrin xarici işlər nazirləri dünən Misirin paytaxtı Qahirədə keçirilən toplantısında Suriyanın birliyə qayıtması ilə bağlı razılığa gəliblər.

Ərəb Liqası Suriyadakı vətəndaş müharibəsi səbəbindən 2011-ci ildə Əsəd rejiminin birliyə üzvlüyünü dayandırmışdı.


Müəllif: Mənsur Rəğbətoğlu

Oxşar xəbərlər