Almaniya hökumətinin Yunanıstanın avrozonadan çıxması ilə bağlı məsələyə münasibəti dəyişib.
Əvvəl Almaniya rəhbərliyi buna açıq mənfi reaksiya verir və belə bir addımın qarşısını almağa çalışırdı.
Teleqraf.com-un məlumatına görə, bu haqda bu gün Almaniya Federativ Respublikasının rəsmilərinə istinadla “Der Spiegel” jurnalı informasiya yayıb.
Bu mənbələrə əsasən, Almaniyanın kansleri Angela Merkel və maliyyə naziri Volfqanq Şoyble indi hesab edirlər ki, Yunanıstan birgə valyuta zonasından çıxmaqla iqtisadi böhrana tab gətirə biləcək.
Nail Cəlil