İŞİD terror qruplaşması İraqın şimalında girov götürdüyü 170 şəxsin əksəriyyətini sərbəst buraxıb.
Teleqraf.com-un İTAR TASS agentliyinə görə, terrorçular Əl Şəcərə və Qərib kəndlərindən olan 162 şəxsi azad ediblər.
Digər 8 girovun taleyi barədə heç bir məlumat verilmir. Xatırladaq ki, ötən gecə İŞİD döyüşçüləri Kərkük yaxınlığında yerləşən kəndlərdən 170 nəfər insanı qaçırmışdılar.
Buna səbəb kimi, həmin kəndlərdə İŞİD-in 2 bayrağının yandırılması göstərilirdi. Terrorçular kəndlərə bir neçə şəxsi axtarmaq bəhanəsi ilə daxil olmuşdular.
Nail Cəlil