Avropa İttifaqı Komissiyası Rusiyaya qarşı 11-ci sanksiya paketini üzv ölkələrə göndərib.
Teleqraf.com xəbər verir ki, bunu Aİ Komissiyasının sözçüsü Erik Mamer Brüsseldə keçirilən mətbuat konfransında açıqlayıb.
O qeyd edib ki, üzv ölkələr paketin məzmununu qiymətləndirəcək: “Aİ Komissiyasının 11-ci sanksiya paketi təklifinin üzv ölkələrə göndərildiyini təsdiq edirəm. Yeni sanksiya paketinin təfərrüatlarını hələlik paylaşa bilməyəcəm. Amma bu paketdəki sanksiyaların tətbiqi və effektivliyinə diqqət yetirəcəyik. Rusiyaya edilən ixraca və bunun necə idarə olunmasına da baxacaq. Rusiyanın digər ölkələrdən qadağan olunmuş məhsulların idxalının qarşısını almaq istəyirik”.
Qeyd edək ki, Aİ indiyədək Rusiyaya qarşı 10 sanksiya paketi tətbiq edib. Bu çərçivədə Rusiyaya ticarət, maliyyə, enerji, o cümlədən neft və kömür, sənaye, texnologiya, nəqliyyat, ikili və dəbdəbəli mallar və qızılla bağlı geniş məhdudiyyətlər tətbiq edilib.
Mindən çox insanın və 200-ə yaxın qurumun aktivləri dondurulub.