Avropa İttifaqı (Aİ) Rusiya neftinə qarşı sanksiyalardan yayınmağa çalışan gəmilərin öz limanlarına girişini qadağan etməyi təklif edib.
Teleqraf.com xəbər verir ki, bu barədə "Bloomberg" məlumat yayıb
Bildirilir ki, Aİ “fırıldaqçılığın sayının kəskin artmasına və ondan irəli gələn ekoloji risklərə” görə narahatdır.
Avropa Komissiyasının təklifində deyilir ki, Rusiya neftinin qiymət tavanından yan keçməyə cəhddə şübhəli bilinən və ya aşkar edilən gəmilərin Avropa limanlarına və şlüzlərinə girişi qadağan edilməlidir.