9 May 2023 01:09
6 537
12 Punto 14 Punto 16 Punto 18 Punto

Danimarkalı deputat Soren Sonnerqaard və onun isveçli həmkarı Kadir Kasırqaya Avropa Təhlükəsizlik və Əməkdaşlıq Təşkilatı Parlament Assambleyasının (ATƏT PA) Türkiyədə mayın 14-nə təyin edilmiş ümumi seçkilərdə müşahidə missiyasında iştirak etmək üçün akkreditasiyadan məhrum edilib.

Teleqraf.com xəbər verir ki, bu münasibətlə ATƏT müşahidəçilərinin qısamüddətli missiyasının xüsusi əlaqələndiricisi Maykl Georq Link və ATƏT PA-nın nümayəndə heyətinin rəhbəri Fərəh Kərimi birgə bəyanatla çıxış ediblər.

ATƏT qeyd edib ki, ev sahibi ölkə müşahidə missiyasının tərkibinə birbaşa və ya dolayısı ilə təsir göstərməməlidir.

Ümumilikdə ATƏT PA Türkiyəyə 100-ə yaxın müşahidəçi göndərib.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər