9 May 2023 17:15
14 481
12 Punto 14 Punto 16 Punto 18 Punto

Seçkilərə sayılı günlər qalmış dünya mətbuatında Türkiyə və Prezident Rəcəb Tayyib Ərdoğanla bağlı təhlillər davam edir.

Teleqraf.com xəbər verir ki, ABŞ-ın “Vaşinqton Post” qəzeti də “Türkiyə seçkiləri dünya üçün niyə bu qədər önəmlidir?” adlı təhlil yayımlayıb.

Təhlildə Prezident Ərdoğanın 2002-ci ildən bəri bütün seçkilərdə qalib gəldiyi bildirilir. O da vurğulanır ki, Ərdoğan uzun müddətdir müxalifət tərəfindən tənqid olunsa da, hələ də çox populyardır.

“Ərdoğanın hakimiyyəti dövründə Türkiyənin regional və beynəlxalq güc brokeri kimi rolu əhəmiyyətli dərəcədə artıb”, - Amerika nəşri yazır.

Təhlildə “Ərdoğan həqiqətən uduzarmı” sualına da cavab axtarılıb:

“Ərdoğan Türkiyənin ən uzun hakimiyyətdə olan lideridir. Türkiyə Ərdoğanı üzməyəcək kimi görünür. 69 yaşlı Ərdoğan seçki kampaniyası yolunda özünü evdəki kimi hiss edir”.

Ərdoğanın hakimiyyətdə olduğu dövrdə vergilərin azaldılması, ucuz ipoteka kreditləri, enerji subsidiyaları, yol və körpü rüsumlarını artırmamaq öhdəliyi də daxil olmaqla, formalaşan iqtisadi sabitliyin ictimaiyyətin üzündə təbəssüm yaratdığı vurğulanır.

Müxalifətlə iqtidarın bir-birinə qarşı müxtəlif ittihamlar səsləndirdiyi bildirilən təhlildə müxalifətin hökumət tərəfindən xüsusilə PKK terror təşkilatına dəstək verməkdə ittiham edildiyi diqqətə çatdırılır.

Təhlildə CHP sədri və prezidentliyə namizəd Kamal Kılıçdaroğlunun da adı çəkilir. Onun Ərdoğana qarşı hər zaman uduzduğu vurğulanarkən, İstanbulun bələdiyyə başqanı Əkrəm İmamoğlunun CHP elektoratı arasında populyar olduğu iddia edilir.

Amerika nəşrinə görə, digər mühüm məsələ Ərdoğanın Rusiya-Ukrayna müharibəsində oynadığı roldur. Türkiyə liderinin balanslı mövqedə olduğuna diqqət çəkilən təhlildə hətta rusiyalı həmkarı Vladimir Putinin Akkuyu Atom Elektrik Stansiyasının açılışına videokonfrans vasitəsilə qatıldığı da qeyd edilir.


Müəllif: Mənsur Rəğbətoğlu

Oxşar xəbərlər