Bu gün axşam saatlarında Ukraynanın Kupyanska vilayətinə rus ordusu tərəfindən raket zərbələri endirilib.
Teleqraf.com xəbər verir ki, bu barədə Xarkov Vilayət Dövlət Administrasiyasının sədri Oleq Sinequbov məlumat yayıb.
O bildirib ki, hadisə nəticəsində üç nəfər yaralanıb, beş fərdi yaşayış binasına ziyan dəyib.