ABŞ dövlət katibi Entoni Blinken Ukraynanın Qərb ölkələrindən uğurlu əks-hücum üçün lazım olan bütün silahları aldığını bildirib.
Teleqraf.com xarici KİV-ə istinadən xəbər verir ki, Blinken bu barədə Böyük Britaniyanın xarici işlər naziri Ceyms Kleverli ilə birgə mətbuat konfransında deyib.
"Bütün bu sahələrdə uğur qazanmağa davam etmək üçün hər şeyə sahibdirlər", - dövlət katibi bildirib.
Qeyd edək ki, bir müddət əvvəl Böyük Britaniya Müdafiə Nazirliyinin rəis müavini Ceyms Hippi Britaniyanın Ukraynaya verdiyi silahların münaqişənin ön xəttinə düşməmişdən əvvəl yenidən satılması hallarını etiraf etmişdi.