10 May 2023 09:35
578
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bosniya və Herseqovina NATO-nun 33-cü üzvü olmaq niyyətindədir.

Teleqraf.com xəbər verir ki, bunu Bosniya və Herseqovinanın müdafiə naziri Zukan Helez deyib.

Nazir qeyd bildirib ki, Bosniya və Herseqovina üçün Avropa İttifaqına və NATO-ya üzv olmağın alternativi yoxdur. Avropada və dünyada mövcud mürəkkəb siyasi vəziyyət və təhlükəsizlik sahəsindəki proseslər nəzərə alındıqda, təkcə NATO bütün Bosniya və Herseqovina xalqı üçün təhlükəsizlik çətiri rolunu oynaya bilər.

Z.Helez ölkəsinin ABŞ ilə müttəfiq olmasının vacibliyini vurğulayıb, təhlükəsizlik baxımından əsas risklər kimi Bosniya və Herseqovinaya qarşı kiber və hibrid hücumları, eləcə də Ukraynadakı müharibəni qeyd edib.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər