10 May 2023 11:58
1 261
12 Punto 14 Punto 16 Punto 18 Punto

ABŞ-ın keçmiş prezidenti Donald Trampa qarşı qaldırılan cinsi zorakılıq işində məhkəmə heyəti iddiaçı yazar E. Cin Kerrollun lehinə qərar verib.

Teleqraf.com xəbər verir ki, Manhetten Federal Məhkəməsində bir həftə davam edən müzakirələrdən sonra 9 nəfərdən ibarət münsiflər heyəti qərarını açıqlayıb.

Məhkəmə heyəti 79 yaşlı Kerrollun başlatdığı prosesdə Trampı “seksual zorakılıq”, “şiddət” və “təhqir”də təqsirli bilib. Trampın Kerrolla təcavüz etdiyi iddiası təkzib edilib.

Qərara əsasən, eks-prezident yazara cinsi təcavüz və şiddətə görə 2 milyon, təhqirə görə isə 3 milyon, ümumilikdə 5 milyon dollar təzminat ödəməlidir.

Qərarın açıqlanmasından bir neçə dəqiqə sonra Tramp sosial media hesabında paylaşım edib: “Bu qadının kim olduğunu bilmirəm. Bu qərar utancvericidir, bütün zamanların ən böyük “cadigər ovu”nun davamıdır”.

Cin Kerroll 2019-cu ildən iddia edir ki, Tramp 1996-cı ilin yazında Nyu Yorkda “Berqdorf Qudman” mağazasının soyunub-geyinmə otağında ona cinsi zorakılıq edərək təcavüzə məruz qoyub. Tramp isə “O qadın tipim deyil” deyərək, ittihamları rədd edib.


Müəllif: Mənsur Rəğbətoğlu

Oxşar xəbərlər