10 May 2023 12:27
5 613
12 Punto 14 Punto 16 Punto 18 Punto

Rusiya vətəndaşları ikili vətəndaşlıq əldə etmək üçün bu dəfə Cənubi Amerika ölkəsi Çiliyə üstünlük verməyə başlayıblar.

Teleqraf.com xəbər verir ki, bir çox broker şirkətləri uşaqları və özləri üçün ikili vətəndaşlıq almaq istəyən Rusiya vətəndaşları üçün Çiliyə “doğum turları” təşkil edir.

“Blumberq” agentliyinin məlumatına görə, 2022-ci ildə bu məqsədlə Argentinaya 22 min Rusiya vətəndaşı gəlib.

Argentina sadələşdirilmiş prosedur vasitəsilə ölkədə doğulan uşaqlara və onların valideynlərinə avtomatik vətəndaşlıq verir.

Fevralda Buenos-Ayres hava limanında Rusiya vətəndaşı olan beş hamilə qadının ölkəyə buraxılmasına icazə verilməyib. Məlumata görə, bir neçə ay ərzində Argentinaya doğum etmək üçün 5800 hamilə qadın gəlib.

Vasitəçi şirkətlərin Çiliyə təşkil etdiyi “doğum turları”nın qiymətinin 1 milyon rubla qədər olduğu bildirilir.


Müəllif: Mənsur Rəğbətoğlu

Oxşar xəbərlər