Polşa iki il ərzində Avropanın ən güclü ordusunu yaratmaq niyyətindədir.
Teleqraf.com xəbər verir ki, bu barədə Polşa müdafiə naziri Mariuş Blaşçak bildirib.
"Biz iki il ərzində Avropanın ən güclü quru ordusunu yaratmaq üçün düzgün yoldayıq", - o qeyd edib.
Onun sözlərinə görə, ABŞ-ın "Abrams" tankları bu ay Polşa ordusuna təhvil veriləcək: "Məqsədimiz "Abrams" tankları ilə təchiz olunmuş çox güclü hərbi hissə yaratmaqdır. Polşa bu ay ABŞ-dan 300 km-ə qədər mənzilli ilk HIMARS reaktiv yaylım atəşi sistemlərini alacaq. Həmçinin Polşa ordusuna Amerikanın 96 AH-64 "Apaçi" hücum helikopterinin çatdırılmasını hədəf kimi göstərib".