10 May 2023 16:01
2 011
12 Punto 14 Punto 16 Punto 18 Punto

Avropa Birliyi (AB) Ukraynaya təcavüzə haqq qazandıran informasiyalar yaydıqlarına görə Rusiyadan olan 12 şəxsə və üç KİV-ə sanksiya təklif edib.

Teleqraf.com xəbər verir ki, bu barədə “Euobserver” məlumat yayıb.

Yeni sanksiya siyahısına Rusiya Xarici və Müdafiə Siyasəti Şurasının fəxri sədri Sergey Karaqanov və separatçı “WarGonzo” layihəsinin müxbiri Semyon Peqov da daxildir. Peqov Azərbaycana 44 günlük müharibə zamanı erməni separatçılarına informasiya dəstəyi ilə tanışdır.

Bundan əlavə, AB öz ərazisində “Oriental Review” portalını, həmçinin “RT Balkan” və “Tsarqrad” telekanallarını qadağan etmək niyyətindədir.

Avropa Komissiyası Rusiyanın Xaricdə Yaşayan Həmvətənlərə Dəstək və Hüquqlarını Müdafiə Fonduna da sanksiya tətbiq etməyi təklif edib. Təklif edilən yeni “qara siyahı”da Krasnoyarsk vilayətinin qubernatorunun oğlu da yer alır.


Müəllif: Mənsur Rəğbətoğlu

Oxşar xəbərlər