10 May 2023 17:16
1 088
12 Punto 14 Punto 16 Punto 18 Punto

Rusiya Prezidenti Vladimir Putin ilk dəfə Kremlə PUA hücumuna münasibət bildirib və burada “xüsusi heç nə” olmadığını deyib.

Teleqraf.com xəbər verir ki, “Kommersant” qəzeti Rusiya liderinin mayın 3-nə keçən gecə baş verən hadisəyə münasibətindən yazıb.

Bundan əvvəl Putin hadisə ilə bağlı açıqlama verməmişdi. O, dronların Kremlə hücumuna çox da əhəmiyyət vermədiyini iddia edib.

Bundan əlavə, Putin qeyd edib ki, tərkibində təxminən 400 qram trotil olan PUA kustar üsulla hazırlanıb.

Onun sözlərinə görə, oxşar pilotsuz təyyarələr vaxtilə Rusiyanın Suriyadakı Xmeymim aviabazası istiqamətində də buraxılıb.

Kreml olayı “Rusiya prezidentinə qarşı sui-qəsd cəhdi” adlandırmışdı.


Müəllif: Mənsur Rəğbətoğlu

Oxşar xəbərlər