Antalyada silahlı şəxs qardaşının həbs olunmasına səbəb olan adamın iş yerinin qarşısında qorxu yaradıb.
Teleqraf.com Türkiyə mediasına istinadən xəbər verir ki, Rəcəb Saraçoğlu adlı şəxs iş yeri sahibi Sərkanın ora gətirilməsini tələb edib. Hadisə yerinə gələn polis tüfəngli şəxsi zərərsizləşdirmək üçün dərhal hərəkətə keçib.
S. Saraçoğlu isə "o adam bura gəlməsə çox qan töküləcək" deyərək polisləri və ətrafdakıları hədələməkdə davam edib.
Bəzi polislərin silahlı şəxsin başını qatdığı vaxt digər polislər onu yerə yıxaraq zərərsizləşdirə biliblər.
Qeyd edək ki, bir müddət əvvəl Rəcəb Saraçoğlunun qardaşı ilə Sərkan adlı iş yeri sahibi arasında borc məsələsinə görə anlaşılmazlıq yaşanıb. Sərkanın polisə şikayət etməsindən sonra Saraçoğlunun qardaşı həbs olunub.
Kəmalə