“Ukraynanın tezliklə F-16 qırıcıları alacağına əminəm”.
Teleqraf.com xəbər verir ki, bunu Ukrayna Milli Təhlükəsizlik və Müdafiə Şurasının katibi Aleksey Danilov deyib.
“Mən F-16-ların alınmasının tərəfdarıyam, artıq demişəm ki, bunlara mütləq sahib olacağıq. İnanın, gələcəklər. Bu məsələ ilə bağlı prezident və diplomatik nümayəndələrimiz işləyirlər. F-16 Ukrayna səmasında ölkəmizi müdafiə edəcək. Bu, zaman məsələsidir. İnanın, bunu çox tez mənimsəyəcəyik, səmada rus murdarlığı üzərində üstünlüyə sahib olacağıq”, - Ukrayna rəsmisi bildirib.