11 May 2023 12:57
1 700
12 Punto 14 Punto 16 Punto 18 Punto

“Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan 7 gün, 24 saat işləyir”.

Teleqraf.com xəbər verir ki, bunu ölkənin xarici işlər naziri Mövlud Çavuşoğlu “A Haber”ə müsahibəsində deyib.

O bildirib ki, R.T.Ərdoğan bəzən gecə saat 2-3-də zəng edə bilər: “Onunla işləmək asan deyil. Hər şeyi izləyir. Bəzən məlumatım olmadığı məsələ barədə nə isə soruşur. Bizdən daha çox məlumatlıdır. Mən də pis işləmirəm. Amma onun sürətinə çata bilmirəm”.

M.Çavuşoğlunun sözlərinə görə, Türkiyə lideri ilə işləməyin üstünlükləri də çoxdur: “Məsələn, ötən il Rusiyanın xarici işlər naziri Sergey Lavrovun Türkiyəyə gəlməsində, həmkarı Dmitro Kuleba ilə görüşməsində Ərdoğanın böyük rolu olub”.//Report


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər