11 May 2023 13:37
1 370
12 Punto 14 Punto 16 Punto 18 Punto

Avropa Birliyindən (AB) Ermənistan, Qazaxıstan və Qırğızıstana çatmalı olan 1 milyard dollardan çox mal Rusiyadan keçərkən müəmmalı şəkildə yoxa çıxıb.

Teleqraf.com xəbər verir ki, bu barədə İngiltərənin “Financial Times” qəzeti yazır.

AB malların Rusiya tərəfindən mənimsənilməsindən şübhələnir. Çünki bunlar əsasən ikitəyinatlı, yəni hərbi sənaye müəssisələrinin istifadə edə biləcəyi mallardır.

Məlumatda bildirilir ki, təyyarə hissələri, qaz turbinləri, optik avadanlıq və digər mallar Qırğızıstan, Ermənistan və Qazaxıstana çatmalı olsa da, bu baş verməyib.

Qəzet vurğulayır ki, Rusiya-Ukrayna müharibəsi başlayandan sonra AB ölkələrindən tranzit bəhanəsi ilə başqa dövlətlərə 2 milyard dollarlıq mal gətirilib. Bunların da yarısı təyinat yerinə çatmayıb.


Müəllif: Mənsur Rəğbətoğlu

Oxşar xəbərlər