Prezidentliyə namizədlikdən geri çəkilən Məmləkət Partiyasının sədri Məhərrəm İncə Türkiyə müxalifətinin ünvanına sərt ifadələr işlədib.
Teleqraf.com xəbər verir ki, seçkidə uduzacaq müxalifətin günahı onun üstünə atacağını deyib.
“Bazar günü seçkiyə gedəcəyik. Məmləkət Partiyası Türkiyənin gələcəyi üçün önəmlidir. Parlamentdə olmalıdır. HDP var, CHP-nin siyahısında olan Səadət, DEVA, Gələcək var, sonra AKP var. Atatürkçülər parlamentdə azlıqda olacaqlar. Parlamentdə atatürkçülər olmalıdır.
“Saraydan pul alıb, çəkilməz” deyənlərə, bu alçaqlığı edənlərə səslənirəm: bu tələlərdən, bu montajlardan, bu saxta sənədlərdən, olmayan çiplərdən qorxmuram. Artıq 45 gündür ki, buna müqavimət göstərirəm. “Çəkilməz, pulu qaytara bilməz” deyənlər var. Namizədliyimi geri götürürəm. Bunu ölkəm üçün edirəm. Uduzanda bunun günahını üstümüzə yıxmasınlar, bəhanələri qalmadı", - İncə bildirib.