11 May 2023 22:57
4 465
12 Punto 14 Punto 16 Punto 18 Punto

İqtisadiyyat, səhiyyə, təhsil, hərbi müdafiə və miqrasiya kimi məsələlərin müzakirə edildiyi Yunanıstan parlamentində Türkiyənin atdığı addımlara və hərbi sahədəki uğurlarına diqqət çəkilib.

Teleqraf.com xəbər verir ki, iclasa qatılan Yunanıstan Baş naziri Kiriakos Mitsotakis 4 illik fəaliyyəti dövründə hökumətinin silahlı qüvvələri gücləndirəcək silahlanma proqramları həyata keçirdiyini iddia edib.

Ana müxalifət partiyası SİRİZA-nın sədri Aleksis Çipras 15 milyard avroluq bu proqramın Yunanıstan müdafiə sənayesinə töhfə vermədiyini deyib.

Müxalifət lideri ölkəsini Türkiyə ilə müqayisə edib:

“Türkiyənin silahlanma proqramlarının 60 faizinin yerli sənayesinin hesabına həyata keçirildiyi halda, Yunanıstanın müdafiə sənayesinə bir vint belə qoymağımız mümkün deyil”.

Parlamentin üzvü Kiriakos Velopulos isə Türkiyə ilə Yunanıstan arasında olan fikir ayrılıqlarının Avropa problemi kimi qəbul edilə bilməyəcəyini deyib.

“Biz tək idik, təkik və tək qalacağıq”, - deputat vurğulayıb.


Müəllif: Mənsur Rəğbətoğlu

Oxşar xəbərlər