4 Yanvar 2015 23:38
2 103
12 Punto 14 Punto 16 Punto 18 Punto

2015-ci ilk günlərində Ukraynanın şərqində gərginliyin yenidən artması müşahidə edilir. Belə ki, bu gün səhər Luqansk vilayətində qiyamçılarla Ukrayna ordusu arasında baş verən şiddətli toqquşmalar fonunda Donetsk vilayətində atəşkəs rejimi kəskin pozulub.

Teleqraf.com xəbər verir ki, axşama doğru separatçılar Donetsk istiqamətində antiterror qüvvələrini ən müxtəlif silahlarla 22 dəfədən çox intensiv atəşə tutublar. Bununla da antiterror əməliyyatları zonasında vəziyyət əhəmiyyətli dərəcədə mürəkkəbləşib.

Separatçılar səhər saat 6-dan başlayaraq, Donetskdə Ukrayna hərbçilərinin mövqelərini hədəfə alıblar. Terrorçuların əsas hədəfi yenə də Donetsk aeroportu olub.

Marinka yaxınlığında qiyamçılar hökumət qüvvələrinə qumbaraatan və minaatanlarla hücum ediblər. Separatçılar mövqe döyüşləri zamanı tanklardan və digər zirehli texnikadan da faydalanmağa çalışıblar. Bununla yanaşı, Donetskdə təmas xəttinə yaxın olan bir sıra yaşayış məntəqələri də separatçıların atəşinə məruz qalıb.

Son məlumatlara görə, hazırda Ukrayna hərbçiləri vəziyyətə tamamilə nəzarət edirlər və öz mövqelərini möhkəm qoruyub saxlayırlar. Tələfat və itkilər barədə hələ ki, hər hansı açıqlama verilməyib.

Nail Cəlil


Müəllif:

Oxşar xəbərlər