İraq mayın 13-də Kərkük-Ceyhan xəttindən neft nəqlinə başlamaq üçün Türkiyəyə müraciət edib.
Teleqraf.com xəbər verir ki, İraqın neft nazirliyi Türkiyədən sabah sözügedən xəttin klapanlarının açılmasını tələb edib.
Artıq İraqın xam neft şirkəti “SOMO”nun Ceyhan terminalından neftin tankerlərə yüklənməsinin bərpasına dair tələbi Türkiyənin milli neft şirkəti BOTAŞ-a çatdırılıb.
Qeyd edək ki, mart ayında Parisdə yerləşən Beynəlxalq Ticarət Palatası Arbitraj Məhkəməsi (ICC) qarşısında neftin nəqli ilə bağlı Türkiyə ilə İraq arasında olan çəkişmədə İraqın beş iddiasından dördü rədd edilib. Türkiyənin tələblərinin əksəriyyəti qəbul edilib və İraqın Türkiyəyə təzminat ödəməsi ilə bağlı qərar verilib. Bu qərarından sonra İraqın tələbi ilə Türkiyə Kərkük-Ceyhan xəttindən neft nəqlini dayandırıb.