Türkiyənin müxalif Gələcək Partiyasının sədri Əhməd Davudoğlunun mətbu orqanı “Karar” qəzetində Məmləkət Partiyasının rəhbəri Məhərrəm İncənin prezidentlik yarışından geri çəkilməsindən sonra diqqətçəkən məqalə yayımlayıb.
Teleqraf.com xəbər verir ki, məqalə müəllifi Yusuf Ziya Cömərt CHP-nin prezidentliyə namizədi Kamal Kılıçdaroğlunun İncənin səslərindən çox da nəsiblənə bilməyəcəyini iddia edir.
“İncənin səsləri tələsik Kılıçdaroğluna getməyəcək. Bəziləri Sinan Oğana gedə bilər. Bəziləri seçkiyə getmək fikrindən dönə bilər. Çox azı Ərdoğana belə verilə bilər. Bir qismi də Kılıçdaroğluna üstünlük verər. Ancaq yalnız bir qismi”, - jurnalist qeyd edib.