Bayden administrasiyasının rəsmiləri dünyanın ikinci ən böyük iqtisadiyyatı ilə yenidən əlaqə qurmaq və gərginliyi azaltmaq üçün çalışarkən, ABŞ Maliyyə naziri Canet Yellen çinli həmkarı, baş nazirin müavini He Lifeng ilə hələ danışmadığını deyib.
Teleqraf.com xəbər verir ki, nazir Pekinə səfər etmək istədiyini vurğulayıb.
Lakin Canet Yellen bu səfərlə bağlı heç nə planlaşdırılmadığın da qeyd edib: “Mənim yeni çinli həmkarımla hələ heç bir əlaqəm olmayıb. Mən oraya səfərə çıxmağa ümid edirəm. Səfərin tarixi barədə dəqiq məlumatlı deyiləm. Bizim getmək ehtimalımız olan bir neçə yüksək rütbəli amerikalı məmurumuz var və onları müvafiq qaydada sıralamalıyıq”.