13 May 2023 08:18
429
12 Punto 14 Punto 16 Punto 18 Punto

ABŞ-da dövlət qurumlarının 237 min əməkdaşının şəxsi məlumatları internetdə yayılıb.

Teleqraf.com xəbər verir ki, bu barədə “Reuters” agentliyi departamentin ABŞ Konqresinə göndərdiyi məktuba istinadən məlumat yayıb.

Məktubda bildirilir ki, məlumatlar təhlükəsizliyinin pozuntusu "TRANServe"in müavinət emalı sisteminə təsir edib, bu sistem digər şeylərlə yanaşı, dövlət işçilərinə yol xərclərinin bir hissəsini ödəyir. Məlumatların cinayət məqsədləri üçün istifadə edilib-edilmədiyi məlum deyil.

Məlumatda bildirilir ki, insidentlə bağlı araşdırma başlanıb və təhlükəsizlik bərpa olunana qədər "TRANServe" sisteminə giriş dondurulub.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər