Türkiyənin Çanaqqala əyalətinin Ayvacık rayonu sahillərində 46 qeyri-qanuni miqrant xilas edilib.
Teleqraf.com xəbər verir ki, bu barədə "Anadolu" agentliyi məlumat yayıb.
Miqrantlar Türkiyə sahil mühafizəsi tərəfindən xilas edilərək sahilə çıxarılıb.
Prosedurlar başa çatdıqdan sonra miqrantlar Ayvacık rayonundakı xarici vətəndaşların müvəqqəti saxlama mərkəzinə aparılıb.