5 Yanvar 2015 02:22
877
12 Punto 14 Punto 16 Punto 18 Punto

Ukraynanın Odessa şəhərində Gimnaziya və Böyük Arnaut küçələrinin tinində partlayış baş verib.

Teleqraf.com-un TASS-a istinadən xəbərinə görə, yerli "Dumskaya" nəşri binada ictimai təşkilatların koordinasiya mərkəzinin yerləşdiyini bildirib.

İnsident yerli vaxtla 22:30-da baş verib. Partlayış nəticəsində mərkəzin ofisinin qapı-pəncərələri zədələnib, eləcə də qarşıdakı binaya ziyan dəyib. Hadisə nəticəsində ölən və ya yaralananların olub-olmadığı barədə məlumat yoxdur.

Nihad


Müəllif:

Oxşar xəbərlər