13 May 2023 11:32
1 176
12 Punto 14 Punto 16 Punto 18 Punto

Özbəkistan Ali Məhkəməsi sədrinin birinci müavini Robaxon Mahmudova ölkə prezidentliyinə üçüncü namizəd olub.

Teleqraf.com xəbər verir ki, onun namizədliyini "Adolat" ("Ədalət") Sosial Demokrat Partiyası irəli sürüb.

Robaxon Mahmudova 1958-ci ildə Fərqanə rayonunda anadan olub.

2008-ci ilə qədər Ali Məhkəmənin hakimi vəzifəsində çalışıb.

2020-ci ilin yanvarında Mahmudova senator olub və parlamentin yuxarı palatasının Elm, təhsil və səhiyyə komitəsinin sədri vəzifəsini daşıyıb. Həmin ilin iyulunda o, on il müddətinə Respublika Ali Məhkəməsi sədrinin birinci müavini seçildiyi üçün bu vəzifədən azad edilib.

Robaxon Mahmudova prezident seçkilərində namizədlər siyahısında ilk qadındır. Bundan əvvəl Xalq Demokratik Partiyası keçmiş xalq təhsili naziri Uluqbek İnoyatovun, Ekologiya Partiyası isə Abduşükür Həmzəyevin namizədliyini irəli sürüb.

Bu il mayın 8-də Özbəkistan prezidenti Şavkat Mirziyoyev növbədənkənar prezident seçkiləri elan edib və növbədənkənar seçkilərin 2023-cü il iyulun 9-na təyin edilməsi haqqında fərman imzalayıb.

Mayın 10-da seçki kampaniyasının başladığını elan edən Özbəkistanın Mərkəzi Seçki Komissiyası eyni zamanda izah edib ki, namizədlərin qeydiyyatı üçün sənədlər mayın 17-dən iyunun 1-dək qəbul olunacaq.

Ölkə qanunvericiliyinə görə, prezidentliyə namizəd irəli sürmək hüququ yalnız siyasi partiyalara aiddir. Hazırda Özbəkistanda beş belə birlik fəaliyyət göstərir.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər