Türkiyənin müxalif Məmləkət Partiyasının sədri Məhərrəm İncə FETÖ və CHP-nin şantajlarına etiraz edərək prezidentliyə namizədliyindən geri çəkildikdən sonra sözügedən təşkilatda kütləvi istefa dalğası başlayıb.
Teleqraf.com xəbər verir ki, partiyanın Kırıkkale Gənclər Təşkilatının və Aksaray təşkilatının rəhbərləri istefa verərək AKP-nin sıralarına qatılıblar.
Partiyanın Uşak təşkilatının sədri və üzvləri, Adıyaman təşkilatının sədri və rəhbərliyi də istefa verərək Prezident Rəcəb Tayyib Ərdoğana dəstək verəcəklərini açıqlayıblar. Məmləkət Partiyasının Trabzon millət vəkili namizədi Ərkan Armutçu və Sinop təşkilatının sədri Sərdar Başağaoğlu da seçkilərdə Ərdoğana dəstək verəcəklərini bildiriblər.
Partiyanın Kahta təşkilatının sədri Müzəffər Yıldız və digər rəhbər şəxslər də istafa veriblər. Onların da son dayanacaqları AKP olub.
Məmləkət Partiyasının Uşak təşkilatının sədri Əngin Toraman da istefa verərək, seçkilərdə Ərdoğanı dəstəkləyəcəyini açıqlayıb.
Partiyanın Kayseri millət vəkili namizədi Yusuf İhsan Atasun sosial media hesabından paylaşım edərək, geri çəkildiyini açıqlayıb.