Rusiya Ukraynanın qərbində yerləşən Ternopil vilayətinin mərkəzinə raket zərbəsi endirib. Nəticədə iki nəfər yaralanıb.
Teleqraf.com xarici KİV-ə istinadən xəbər verir ki, hadisə yerində yanğın başlayıb. Ternopil vilayətinin rəhbəri Volodimir Truş bildirib ki, zərbə ticarət müəssisələrinə və dini quruma məxsus anbarlara tuş gəlib.
Yanğınsöndürənlər hadisə yerindədir və amma hələ ki, yanğının tam olaraq qarşısı alınmayıb.