Ukrayna Prezidenti Vladimir Zelenski Almaniyanın paytaxtı Berlində rəsmi səfərdədir.
Teleqraf.com xəbər verir ki, bu barədə dövlət başçısı tviterdə məlumat verib.
“Artıq Berlindəyəm. Silah. Güclü paket. HHM. Yenidənqurma. Avropa. NATO. Təhlükəsizlik”, - deyə o, sosial şəbəkədə qeyd edib.
Xatırladaq ki, bu, Ukrayna Prezidentinin müharibə başlayandan sonra Almaniyaya ilk səfəridir.