Türkiyədə 13-cü prezident və 28-ci parlament seçkilərində səsvermə başlayıb.
Teleqraf.com xəbər verir ki, səsvermə saat 17:00-a qədər davam edəcək.
Bu seçkilərdə prezidentlik uğrunda 3 namizəd – Cümhur İttifaqının namizədi, hazırkı Prezident Rəcəb Tayyib Ərdoğan, Millət İttifaqının namizədi, CHP sədri kamal Kılıçdaroğlu və ATA İttifaqının namizədi Sinan Oğan mübarizə aparır.
Məmləkət Partiyasının sədri Məhərrəm İncə namizədliyini geri götürdüyünü açıqlayıb və qanunvericiliyə görə, onun namizədlikdən çəkilməsi vaxtı keçib. İkinci tur olarsa, o zaman İncənin adı seçki bülletenindən çıxarılacaq.
Prezidentliyə namizədlərdən heç biri 50% səs toplamasa, 28 mayda ikinci tur keçiriləcək.
Türkiyədə 64 milyon 113 min 941 seçici üçün 191 min 884 seçki qutusu ayrılıb.
Parlament seçkisinə 24 siyasi partiya və 151 müstəqil namizəd qatılıb.
Səsvermə hüququ olanların 50,6 faizi qadın, 49,4 faizi kişidir.