Türkiyədə səsvermə prosesi davam edərkən, hakim Ədalət və İnkişaf Partiyasının (AKP) paytaxt Ankaradakı qərargahında qızğın iş gedir.
Teleqraf.com xəbər verir ki, Prezident Rəcəb Tayyib Ərdoğanın seçkilərdə ənənə halına gətirdiyi eyvan nitqi üçün AKP qərargahının ərazisi təmizlənərək, səsgücləndiricilərin quraşdırılmasına başlanılıb.
Qutular açıldıqdan və nəticələr elan edildikdən sonra Prezident Ərdoğanın çıxışı gözlənilir.