“Fələstin İdarəsi İsrail dövləti ilə qarşıdurma yolunu seçib və biz də boş oturmayacayıq. Biz İsrail əsgərləri və komandirlərinin Haaqada Beynəlxalq Cinayət Məhkəməsi qarşısına çıxarılmasına imkan verməyəcəyik”.
Publika.az-ın məlumatına görə, bunu İsrailibn baş naziri Benyamin Netanyahu Fələstinin Beynəlxalq Cinayət Məhkəməsinə qoşulmaq səylərinə münasibət bildirərkən deyib.
Qeyd edək ki, Fələstinlilərin qərargahı Haaqada yerləşən məhkəməyə qoşulması yəhudi dövlətinə qarşı müharibə cinayətləri ittihamlarının irəli sürülməsinə gətirib çıxara bilər.
"Həmasın müharibə cinayətkarları ilə ittifaq yaratdıqlarına görə ədalət qarşısında cavab verməli olan Fələstin İdarəsinin liderləridir", - Netanyahu əlavə edib.
O, artıq müdafiədən hücum rejiminə keçməyin vaxtı çatdığını deyib. O bildirib ki, İsrail Fələstin lideri Mahmud Abbas və digər rəsmilərə qarşı Birləşmiş Ştatlar və başqa ölkələrdə məhkəmə işi açmalıdır.