Türkiyədə prezident seçkiləri ikinci tura qalıb.
Teleqraf.com xəbər verir ki, bu barədə Türkiyə Ali Seçki Şurasının (YSK) sədri Ahmet Yener deyib.
O qeyd edib ki, Türkiyədə prezident seçkiləri çərçivəsində ölkə daxili verilən səslərin 100%-i sayılıb. Bundan sonra qalan səslərin hamısı Rəcəb Tayyib Ərdoğanın xeyrinə olsa belə, bu, onun seçilməsi üçün kifayət etmir.
Seçkilərin ikinci turu mayın 28-i baş tutacaq.
Nəticələrə əsasən prezident seçkilərində “Cumhur İttifaqı”nın namizədi Rəcəb Tayyib Ərdoğan 49,54%, “Millət İttifaqı”nın namizədi Kəmal Kılıçdaroğlu 44,85%, “ATA İttifaqı”nın namizədi Sinan Oğan 5,17% səs toplayıblar. Seçkilərdə namizədliyini geri götürən “Məmləkət” partiyasının sədrinə isə seçicilərin 0,44%-i səs verib.