15 May 2023 22:59
3 465
12 Punto 14 Punto 16 Punto 18 Punto

Yeni Türkiyə Partiyasının sədri Əhməd Reyiz Yılmaz prezident seçkilərindən sonra CHP sədri Kamal Kılıçdaroğlunu istefaya çağırıb.

Teleqraf.com xəbər verir ki, siyasətçi CHP sədrinin Prezident Rəcəb Tayyib Ərdoğan qarşısında heç bir şansının olmadığını deyib.

“Kılıçdaroğlu CHP-ni bitirmə projesinə çevrilib. AKP parlamentdə gücləndi. Kılıçdaroğlu parlamentə yeni bir HDP və ehtiyat AKP gətirməkdən başqa bir iş görməyib. Bu seçkilərin nəticələri yalnız bir şeyi göstərdi: Kılıçdaroğlu CHP-ni Atatürkün xəttindən çıxarıb, qeyri-qanuni təşkilatların çətiri kimi çıxış edən siyasi hərəkata çevirib. Ərdoğan hakimiyyətinə qarşı heç bir uğur qazana bilməyən müxalifət liderinin Türkiyəyə verəcək bir şeyinin olmadığı bir daha göründü. İndi Kamal Kılıçdaroğlu ləyaqətlə bu yarışdan geri çəkilməlidir. Seçilsə belə, bu da mümkün deyil, qarşısında idarə edə bilməyəcəyi bir parlament olacaq. Boş yerə kürək çəkməyə ehtiyac yoxdur. Ərdoğan ikinci turda əzib keçəcək. Bizimkilər hər şeyi düzgün oxuyurlar. Bu CHP Türkiyə partiyası ola bilməzdi, olmaqdan uzaqdır. Kamal Kılıçdaroğlu üzr istəməli və dərhal istefa verməlidir”, - Yılmaz bildirib.


Müəllif: Mənsur Rəğbətoğlu

Oxşar xəbərlər